Bu gün Misli Premyer Liqasında 7-ci tura yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutacaq.
“Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gələcək. Ağdam klubu səfərdən qələbə ilə dönməklə liderlər qrupunda möhkəmlənməyə çalışacaq.
Xatırladaq ki, əvvəlki günlərdə baş tutan bu turun “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçlarında qalib müəyyənləşməyib. “Səbail” isə “Araz-Naxçıvan”ı 1:0 hesabıyla məğlub edib.
Rəşad Rafiqoğlu, Bizim.Media