Azərbaycan cüdoçusu Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük dəbilqə” turnirində bürün medal qazanıb.
Bizim.Media xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev xorvatiyalı Zlatko Kumriç ilə qarşılaşıb. O, rəqibini məğlubiyyətə uğradaraq, bürünc medalı təmin edib.
Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) gümüş medal qazanıblar.





Bizim.Media