“Sabah” qapıçıları – Yusif İmanov və Rüstəm Samiqullinlə yeni müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Belə ki, hər iki qolkiperlə imzalanmış yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına kimidir.
Qeyd edək ki, Yusif “Sabah” Futbol Akademiyasının yetirməsidir. Gənc qapıçı 2021/22 mövsümündən əsas komandasına cəlb olunur və burda ümumilikdə 52 oyun keçirib. İmanov əsas millimizin üzvüdür.
Rüstəm isə 2021-ci ildən “Sabah”da çıxış edərək, eyni zamanda U-21 yığmamızın üzvüdür.
Rəşad Rafiqoğlu, Bizim.Media