"Real"ın futbolçusu Arda Güler La Liqanın 6-cı turunda "Atletiko"ya qarşı matçda oynamayacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti məlumat verib.
O, zədəsini yeni sağaldan Türkiyə millisinin üzvünün sözügedən görüşün iştirak ərizəsində yer almayacağını bildirib. 18 yaşlı oyunçunu oktyabrın ortalarından etibarən "kral klubu"nun matçlar üçün heyətində yer alacağı gözlənilir.
Qeyd edək ki, sabah keçiriləcək "Atletiko" - "Real" görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, yayda "Real"a transfer olan A.Güler yeni klubunda zədə səbəbindən hələ debüt edə bilməyib.
Bizim.Media