Bolqarıstan çempionatında 10-cu turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Hebar”la qarşılaşıb və inamlı qələbəyə sevinib – 3:1. Cəlal da bu matçın iştirakçısı olub.
O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. “Arda” hazırda 16 xalla 6-cı pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media