Azərbaycan yunan-Roma güləşçisi Murad Məmmədov (63 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında erməni rəqibini məğlub edərək yarımfinala yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Güləşçimiz Hraçya Poqosyanı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 20 yaşlı Avropa çempionu bu raundda iranlı olimpiya çempionu Məhəmmədrza Geraini vaxtından əvvəl (10:0) məğlub edib.
Bizim.Media