Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start veriləcək.
Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
“Sumqayıt” “Turan-Tovuz”u qəbul edəcək. Sumqayıtda keçiriləcək matça 18:00-da start veriləcək.
Günün ikinci görüşü isə Zirədə baş tutacaq. Belə ki, turnir cədvəlinin lideri bu dəfə “Neftçi”ni sınağa çəkəcək.
18:00 "Sumqayıt" - "Turan Tovuz"
"Kapital Bank Arena" stadionu, Sumqayıt
Baş hakim: Kamal Umudlu.
20:30 "Zirə" - "Neftçi"
Zirə İdman Kompleksinin stadionu, Bakı
Baş hakim: Rəvan Həmzəzadə.
Rəşad Rafiqoğlu, Bizim.Media