Almaniya millisinin yeni baş məşqçisi bəlli olub.
Bizim.Media xəbər verir ki, yığmanı Yulian Naqelsman çalışdıracaq. Bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 36 yaşlı mütəxəssislə 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, almaniyalı mütəxəssisin son iş yeri "Bavariya" olub.
Bizim.Media