“Kəpəz” klubu heyətinə daha bir legioner cəlb etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi qapı xəttini gücləndirmək istəyir.
Hazırda portuqaliyalı qolkiper Bqor Rodrigeşlə danışıqlar aparır. 28 yaşlı futbolçu “Kəpəz”ə keçmə üçün ilkin razılığını verib. Hazırda maliyyə məsələləri dəqiqləşdirilir.
Rodrigeş indiyə qədər doğma vətənində oynayıb. “Şaviş”, “Kovilya”, “Eştoril” və “Benfika”nın ikinci komandasında çıxış edən qapıçının son klubu “Feyrense” olub.
Rəşad Rafiqoğlu, Bizim.Media