Mövsümə uğursuz start verən "Neftçi"də ayrılıq gerçəkləşəcək.
Bizim.Media xəbər verir ki, vitse-prezident Elnur Eyvazov postunu tərk edəcək.
Paytaxt təmsilçisi bu ayrılığı yaxın günlərdə ictimaiyyətə açıqlayacaq.
Qeyd edək ki, Elnur Eyvazov 2017-ci ilin iyul ayından "Neftçi"nin vitse-prezidenti vəzifəsini icra edirdi.
Rəşad Rafiqoğlu, Bizim.Media