PSJ-nin futbolçusu Yulian Drakslerin "Əl-Əhli"yə keçidi rəsmiləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmayıb.
Qeyd edək ki,29 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Benfika"da oynayıb. O, 2017-ci ildən PSJ-də çıxış edirdi.
Bizim.Media