“Qarabağ” klubu ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, komandanın aparıcı futbolçusu Bəhlul Mustafazadə zədələnib.
O, Misli Premyer Liqasının VI turunda "Sabah"la ev matçını sonadək başa çatdıra bilməyib.
Ayağından xəsarət alan millimizin mərkəz müdafiəçisinə tibbi yardım göstərilsə də, o, meydanda çox qalmayıb. Onu ikinci hissənin əvvəlində əsas kapitan Maksim Medvedev əvəzləyib.
Futbolçunun durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media