"Neftçi" yayda heyətinə cəlb etdiyi legionerlərdən birinin oyunundan narazıdır.
Bizim.Media xəbər verir ki, Aaron Olanarenin performansı baş məşqçi Adrian Mutunu qane etmir. Nigeriyalı hücumçu belə davam edəcəyi təqdirdə qış fasiləsində onunla yollar ayrılacaq.
Qeyd edək ki, Aaron Olanare son olaraq Türkiyənin "Ərzurumspor" klubunda çıxış edib. 29 yaşlı forvard "Neftçi" ilə 1 illik müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media