“Bavariya” yeni formasını ictimaiyyətə təqdm edib.
Bizim.Media xəbər verir ki, forma Oktoberfestə (pivə bayramı) həsr olunub. Bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilib:
“Bu mövsüm Tomas Müller, Harri Keyn, Alfonso Deyvis və onların komanda yoldaşları dağ çiçəyi dizaynı və sinəsində klubun tarixi gerbi olan yaşıl Oktoberfest köynəklərində oynayacaqlar. Arxa tərəfdəki ad və nömrə ağ rəngdədir”.
Qeyd edək ki, "Bavariya" yeni formanı ilk dəfə sentyabrın 15-də, Bundesliqada “Bayer”lə (Leverkuzen) ev oyununda geyinəcək.

Bizim.Media