“Sabah” klubunun yeni transferi Ayaz Quliyev Azərbaycan vətəndaşlığı alıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.
Baş məşqçi Canni De Byazi tərəfindən dəvət alacağı təqdirdə onun Azərbaycan millisində çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Ayaz Quliyev ötən ayın əvvəlində Rusiyanın “Ximki” klubundan transfer olunub. 27 yaşlı yarımmüdafiəçi qonşu ölkənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarının formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media