“Kəpəz” klubu yaxın günlərdə heyətinə daha bir futbolçu qatmağı düşünür.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi əslən Malidən olan legionerlə danışıq aparır.
Adam Niane adlı hücumçu artıq “Kəpəz”ə keçməyə razılıq verib. 30 yaşlı futbolçunun yaxın günlərdə Azərbaycana gəlib klubla müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, Adam Nianın son klubu İranın “Mazandaran” komandası olub. O, əvvəllər Fransanın “Nant”, “Soşo”, Belçikanın “Şarlerua” və “Ostende” klublarının da şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media