Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Araz Naxçıvan” növbəti transfer əməliyyatını reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Muxtar Respublika təmsilçisi Axel Nqando ilə anlaşma əldə edib.
30 yaşlı hücumameylli yarımmüdafiəçi Azərbaycana dəvət olunub.
O, Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının formasını geyinib. PSJ-nin akademiyasında yetişmiş Nqando 2021-ci ildən bu tərəfə “Qrenobl”ın uğurları üçün tər töküb. Ötən illər ərzində yerli “Renn”, “Oser”, “Bastiya”nın, həmçinin Türkiyədə “Göztepe”nin şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media