Azərbaycan milli komandasının və “Dinamo”nun forvardı Mahir Emreli yenidən Türkiyəyə yollana bilər.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qaziantep BB” 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Adıçəkilən kluba bu ay baş məşqçi təyin edilən Marius Şumudike Zaqreb klubunun futbolçusunu sərəncamında görmək niyyətindədir.
O, bu barədə Superliqa klubunun rəhbərliyini də məlumatlandırıb. “Qaziantep BB” “transfer pəncərəsi”nin bitməsinə iki gün qalmış Emrelinin məsələsini həll etmək istəyir.
Mahirin “Dinamo” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, ötən mövsümün yarım mövsümünü icarə əsasında "Konyaspor"da keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media