Türkiyə Superliqası təmsilçisi "Qaziantep" baş məşqçisi Erdal Güneşlə yolları ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, "Qaziantep" Türkiyə Superliqasında 0 xalla sonuncu pillədə qərarlaşıb. Komanda 4-cü turda evdə "Qalatasaray"a 0:3 hesabı ilə uduzub.
Xatırladaq ki, bu, Türkiyə çempionatında 2023/2024 mövsümündə 2-ci baş məşqçi istefasıdır. Bundan əvvəl Emre Belezoğlu "Başakşehir"də istefa verib.
Bizim.Media