"Real" La Liqada 4-cü tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Madrid klubu "Xetafe"ni qəbul edib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qələbə qolunu 90+5-ci dəqiqədə Jud Bellinqem vurub.
"Real" - "Xetafe" - 2:1
Qollar: Mayoral, 11 (0:1), Xoselu, 47 (1:1), Bellinqem, 90+5 (2:1)
Karlo Ançelottinin baş məşqçisi olduğu komanda ardıcıl 4 qələbə ilə 12 xalla 1-ci pillədə qərarlaşıb. "Xetafe" 4 xalla 14-cüdür.
Bizim.Media