“Barcelona” “Atletiko”nun futbolçusu Joao Feliksi icarəyə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin saytı məlumat yayıb.
Portuqaliyalı hücumçu 2023/2024 mövsümünü icarə əsasında “Barcelona”da keçirəcək.
Qeyd edək ki, Feliks ötən mövsümün ikinci yarısında icarə əsasında “Çelsi”də oynayıb. 23 yaşlı oyunçu İngiltərə Premyer Liqasında 16 matçda 4 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media