Bu gün Misli Premyer Liqasında 5-ci turun daha iki matçı baş tutacaq.
Bizim.Media xəbər verir ki, günün ilk görüşü Qəbələdə keçiriləcək.
Dörd turdan sonra turnir cədvəlinin lideri olan "Zirə" "Qəbələ"nin qonağı olacaq. "Neftçi" isə "Sumqayıt"ı sınağa çəkəcək.
Misli Premyer Liqası
5-ci tur
2 sentyabr
18:00 "Qəbələ" - "Zirə"
Baş hakim: Cavid Cəlilov
20:30 "Sumqayıt" - "Neftçi"
Baş hakim: Rauf Allahverdiyev
Rəşad Rafiqoğlu, Bizim.Media