UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Norveçin “Molde” klubunun futbolçusu Sivert Mannsverk Niderland “Ayaks”na keçib.
Bizim.Media xəbər verir ki, bu barədə "Ayaks"ın rəsmi saytı məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi “Molde”də keçirdiyi son iki mövsümdə 55 oyunda iştirak edib, 4 qol vurub.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının H qrupunda “Molde” ilə yanaşı, Almaniya təmsilçisi “Bayer ” (Leverkuzen) və İsveç klubu “Hakken”lə mübarizə aparacaq.
Bizim.Media