"Mançester Yunayted" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"dən Serxio Requilonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi 2023/2024 mövsümündə icarə əsasında "Mançester Yunayted"in heyətində çıxış edəcək.
Qeyd edək ki, "Tottenhem" Requilonu 2020-ci ildə Madrid "Real"ın dan transfer edib.
Bizim.Media