"Kəpəz" daha bir gürcü futbolçunu heyətinə qatmaq istəyir.
Bizim.Media xəbər verir ki, söhbət Giorgi Papunaşvilidən gedir.
Gürcüstan mətbuatının məlumatına görə, 27 yaşlı hücumçu artıq ölkəmizdədir.
“Telavi”nin üzvü ilə razılıq əldə olunub. Yaxın saatlarda futbolçu ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Mövsümün ilk yarısını “Samtredia”da keçirən Giorgi “Telavi”də ancaq kubok matçlarında forma geyib.
Tiflis “Dinamo”sunun yetirməsi vaxtilə İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyib. Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında da forma geyən hücumçunun karyerası uğursuz alındığından martda ölkəsinə qayıdıb.
Rəşad Rafiqoğlu, Bizim.Media