Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Monako şəhərində təşkil olunan mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanıb.
"Qarabağ" H qrupunda yer alıb.
İlk rəqib "Bayer" (Almaniya) olub.
1. "Bayer" (Almaniya)
2. "Qarabağ"
3. "Mölde" (Norveç)
4.“Hekken” (İsveç).
Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünəcəklər. Qrupda eyni ölkələrin komandası bir-birinə rəqib ola bilməyəcəklər.
Rəşad Rafiqoğlu, Bizim.Media