“Mançester Yunayted” “Fənərbağça”nın qapıçısını TRANSFER ETDİ “Mançester Yunayted” Altay Bayındır transferini rəsmiləşdirdi.
Bizim.Media xəbər verir ki, İngiltərə klubu onu Din Hendersonun əvəzinə heyətə qatıb.
“Fənərbağça”dan alınan futbolçu komandada ehtiyat qapıçı olacaq. Andre Onanaya rəqib olacaq əlcək sahibinə görə İstanbul təmsilçisinə 6-7 milyon avro civarında məbləğ ödəniləcək. Altay 4 illik müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media