2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola bu ada layiq görülüb.
Qalibin adı UEFA Çempionlar Liqasının qrup mərhələsinin bugünkü püşkatma mərasimində açıqlanıb.
İspaniyalı mütəxəssisə mükafatı UEFA prezidenti Aleksander Çeferin təqdim edib.
Qvardiola Simone İnzaqi ("İnter") və ötən mövsüm "Napoli"ni çalışdıran Luçano Spallettini qabaqlayıb.
Bizim.Media