Fransa millisinin üzvü Benjamin Pavarın "İnter"ə keçidi rəsmiləşib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, onunla 5 illik müqavilə imzalanıb.
Bu transfer üçün İtaliya təmsilçisi 27 yaşlı müdafiəçinin sabiq klubu "Bavariya"ya 30 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, B.Pavar 2019-cu ildən Münhen klubunda oynayırdı.
Rəşad Rafiqoğlu, Bizim.Media