"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində bu gün cavab matçını keçirəcək.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi "Olimpiya"nı qəbul edəcək.
Azərbaycan çempionu Sloveniyada keçirilmiş ilk görüşdə rəqibinə 2:0 qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
31 avqust
20:00 "Qarabağ" - "Olimpiya" (Lyublyana, Sloveniya)
İlk oyun - 2:0.
Rəşad Rafiqoğlu, Bizim.Media