Uzun müddətdir Tailandda çıxış edən azərbaycanlı futbolçu Məmməd Quliyevin yeni klubu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını yenə həmin ölkədə davam etdirəcək.
O, 3-cü liqada çıxış edən "Uttaradit" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məmməd Quliyevin Tailandda son klubu "Tounburi Yunayted" olub.
Xatırladaq ki, millimizin hücumçusu Ramil Şeydayev bu yay Tailandın yüksək liqasında çıxış edən "Buriram Yunayted"ə keçib.
Bizim.Media