İran çempionatında 3-cü turun matçları keçirilib.
Bizim.Media xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" "Mes Rafsanjan"ı qəbul edib.
Matç Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Traktor"un qələbə qolunu 87-ci dəqiqədə Mehdi Abdi vurub. Təbriz klubu 3 xalla 12-ci pillədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media