"Mançester Siti"nin futbolçusu Joao Kanselo "Barselona"ya keçir.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, portuqaliya müdafiəçinin Kataloniya klubunda icarə əsasında çıxış edəcəyini bildirib. Klublar arasında razılıq əldə olunub və keçidin yaxın saatarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2019-cu ildən "Mançester Siti"də çıxış edir.
Bizim.Media