Futbol üzrə Kosovo Super Liqasında 3-cü turun görüşləri keçirilir.
Bizim.Media xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin bir neçə gün öncə müqavilə imzaladığı "Lapi" səfərdə "Fuşe Kosova"nın qonağı olub.
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Araz Abdullayev bu oyunda yeni komandasının heyətində debüt edib. 31 yaşlı vinger 84-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, 3 turdan sonra 6 xal toplayan "Lapi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media