Avropa çempionumuz: “Erməniyə uduza bilməzdim” - FOTO

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində ölkəmizi uğurla təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Oğlanlardan ibarət yığmanın böyük məşqçisi Vüqar Məmmədov bildirib ki, 32 ölkənin qatıldığı yarışdan 4 medalla qayıtmaq sevindirici haldır:

“Yarışa yaxşı hazırlaşmışdıq. Mərhələli təlim-məşq toplanışlarımız oldu. Çəkilən əziyyət bəhrəsini verdi. Boksçularımız güclərini göstərdilər, inamlı qələbə qazandılar. Bu yaş qrupu üzrə yığmamızın perspektivi yüksəkdir. İnanıram ki, Avropa birinciliyində 4-cü yeri tutan komanda növbəti illərdə daha çox medal qazanaraq yuxarı pillələrdə qərarlaşacaq”.

52 kq çəkidə Avropa çempionu tituluna yiyələnən Şahin Aslanov daha böyük uğurlarının qarşıda olduğunu deyib. Onun sözlərinə görə, artıq hədəfi növbəti beynəlxalq yarışlarda eyni uğuru təkrarlamaqdır:

“Startda ukraynalı rəqibimi 5:0 hesabı ilə məğlub etdim. Ardınca ingilis boksçu ilə qarşılaşdım. Demək olar ki, çəkimdə ən güclü rəqib o idi. Lakin mənim üçün keçilməz olmadı. Gürcüstanlı boksçuya qalib gəlib, finalda bolqarıstanlı idmançı üzərində də qələbə qazandım. Avropa çempionu olduğum üçün sevincliyəm. Qələbəm bununla bitməyəcək, davamının gəlməsi üçün daha çox çalışacağam”.

Digər Avropa çempionumuz Səftər Məmmədzadə (90 kq) də ilk uğuru ilə kifayətlənmək niyyətində deyil. Yarımfinalda erməni rəqibi üzərində qələbə qazanan boksçu buna borclu olduğunu vurğulayıb: 

“Avropa birinciliyinə çox yaxşı formada yollanmışdım. Məşqlərdə əziyyət çəkmişdim. Bunun üçün Avropa çempionluğunu gözləyirdim. Çəkimdə erməni boksçu olduğunu da bilirdim. Onu yarımfinalda nokaut etmək mənim üçün böyük fəxrdir. Bu qələbəmi Vətən müharibəsinin şəhidlərinə həsr edirəm. Döyüşə çıxdıqda da gözlərim önündə məhz 44 günlük müharibə canlandı. Bu səbəbdən də uduza bilməzdim. Üzərimdə əziyyəti olan məşqçilərə təşəkkürümü bildirirəm. Bundan sonrakı əsas hədəfim isə qarşıdakı dünya çempionatıdır. Mundialda da Azərbaycan himnini səsləndirmək istəyirəm”.

Qeyd edək ki, 380 boksçunun qatıldığı Avropa birinciliyində Şahin Aslanovla (52 kq) Səftər Məmmədzadə (90 kq) qızıl, Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) bürünc medal qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

ABŞ-da atışma: 5 nəfər öldü

ABŞ-da atışma: 5 nəfər öldü

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ov mövsümü BAŞLADI

Azərbaycanda ov mövsümü BAŞLADI

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

End of content

No more pages to load

RADİO