Premyer Liqanın debütantı olan “Araz Naxçıvan” heyətini gücləndirmək istəyir.
Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisi hazırda bəzi futbolçularla danışıqları davam etdirir.
Həmin oyunçulardan da biri vaxtilə “Neftçi”də oynamış Sabir Buqrindir. Əgər danışıqlar müsbət yekunlaşarsa, Buqrin yay transfer pəncərəsi bağlanana qədər “Araz Naxçıvan”la müqavilə imzalaya bilər.
Xatırladaq ki, “Neftçi” Buqrini Tunisin “Esperansa” klubuna satmışdı. Amma onun buradakı vəziyyətindən məmnun olmadığı və yenidən Azərbaycana qayıtmaq istədiyi bildirilir.
Qeyd edək ki, futbolçunun “Neftçi”yə qayıtmaq ehtimalı da var.
Rəşad Rafiqoğlu, Bizim.Media