Azərbaycanın qadınlardan ibarət voleybol yığması Avropa çempionatındakı uğursuz çıxışına baxmayaraq, reytinqini yaxşılaşdırıb.
Bizim.Media xəbər verir ki, dünya reytinqdə millimiz 5 pillə yüksələrək 33-cü pilləyə qalxıb (112,41 xal). Avropa ölkələri arasında isə Azərbaycan 18-ci yerdədir.
Türkiyə dünya reytinqinə 370,56 xalla başçılıq edir, İtaliya (358,83) və ABŞ-ı (358,45) qabaqlayır. Xatırladaq ki, millimiz altı komanda arasında beşinci yeri tutaraq Avropa çempionatının qrupundan çıxa bilməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media