"Mançester Siti" "Renn"dən Ceremi Dokunu transfer edib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İngiltərə klubu 21 yaşlı cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Daha əvvəl Belçika millisinin futbolçusu üçün "şəhərlilər"in bonuslar daxil olmaqla 60 milyon avro ödəyəcəyi bildirilirdi.
Qeyd edək ki, Doku bu mövsüm Liqa 1-də 2 oyunda 1 qol vurub.
Bizim.Media