"Fluminense" mərkəz yarımmüdafiəçisi Andre Netonu "Liverpul"a satmaqdan imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mersisayd təmsilçisi Braziliya millisinin futbolçusu üçün təxminən 30 milyon avro təklif etsə də, klub bu yay onu satmaq istəməyib.
"Liverpul" qış transfer pəncərəsində Andreni almaq üçün çalışacaq.
Qeyd edək ki, bu mövsüm futbolçu Braziliya çempionatda 16 oyuna çıxıb.
Bizim.Media