"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycanda oynayacaq.
Bizim.Media "Sport Ekspress" portalına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "Sabah"da çıxış edəcək.
Rusiyalı həmkarlarımızın yazdığına inansaq, hətta tərəflər arasında razılıq da əldə edilib.
Ayaz sonuncu dəfə iyulun 17-də Rusiya birinci liqasının "Ximki" - "Tümen" görüşündə meydanda olub. Onun yaxın vaxtlarda Bakıya gələrək rəsmi müqavilə imzalayacağı bildirilir.
Rəşad Rafiqoğlu, Bizim.Media