“Qarabağ”ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub.
Bizim.Media xəbər verir ki, ağdamlılar Qabriel Boşillanı transfer etməyə çalışır. Bu barədə Braziliya mətbuatı yazıb.
Danışıqlar uğurla nəticələnsə, elə bu ay yarımmüdafiəçini ölkəmizdə görəcəyik. Onun transferinin 200 min avroya başa gələcəyi vurğulanır. Bir il öncə “İnternasional”dan gələn oyunçunun “Koritiba”ilə müqaviləsi dekabrda bitəcək.
O, 2015-ci ildə “San Paulu”dan “Monako”ya 9 milyon avroya transfer olunmuşdu. Daha sonra Belçika “Standard”ına, eləcə də digər Liqa 1 klubu “Nant”a icarəyə verilən yarımmüdafiəçi 2020-ci ildə Fransanı tərk etmişdi. O, vətəni Braziliyanın “İnternasional”ına keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media