Futbol üzrə İsveç çempionatında 20-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Malmö"nün qonağıdır.
Komandaların bu görüşlə meydana çıxacağı "11-lik"lər məlum olub. Musa qarşılaşmaya start heyətdə başlayacaq.
Qeyd edək ki, "Malmö" - "Yurqorden" oyunu Bakı vaxtilə saat 17:00-da start götürüb.
Rəşad Rafiqoğlu, Bizim.Media