“Qarabağ”ın baş meneceri Asif Əsgərov rusiyalı qapıçı Andrey Lunyevi transfer etdiklərini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, Əsgərov müqavilənin müddəti barədə də danışıb: “Lunyevlə 1+1 illik müqavilə imzaladıq.
Bu gün o, tibbi müayinədən keçib. İnanırıq ki, iki tərəf üçün də uğurlu əməkdaşlıq olar”.
Xatırladaq ki, Lunyev “Qarabağ”da mövsümə 200 min avro maaş alacaq. O, karyerası ərzində “Torpedo”, “İstra” (Xorvatiya), “Ufa”, “Bayer” (Almaniya) və “Zenit”də forma geyib.
Rəşad Rafiqoğlu, Bizim.Media