Misli Premyer Liqasında 4-cü turun oyun cədvəli məlum olub.
Bizim.Media xəbər verir ki, avqustun 25-də başlayacaq tur 27-də bitəcək.
Oyunlar aşağıda göstərilən saatlarda start götürəcək:
25 avqust
“Araz-Naxçıvan” – “Sumqayıt”
“Dalğa Arena”, 20:00
26 avqust (şənbə) “Turan Tovuz” – “Səbail”
Tovuz şəhər stadionu, 17:00
“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu, 19:30
27 avqust (bazar)
“Neftçi” – “Qəbələ”
“Neftçi Arena”, 18:30
“Qarabağ” – “Kəpəz”
“Azersun Arena”, 20:45
Rəşad Rafiqoğlu, Bizim.Media