“Qarabağ” klubu yeni transferə hazırlaşır.
Bizim.Media xəbər verri ki, Ağdam klubu "Bayer"dən (Almaniya) ayrılan qapıçı Andrey Lunyevlə razılaşıb.
32 yaşlı qolkiper bu gün Bakıya gələcək. O, sabah tibbi müayinədən keçəcək. Daha sonra rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. Andrey “Qarabağ”a azad agent kimi keçib.
Qeyd edək ki, Lunyev karyerası ərzində "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit" komandalarında da oynayıb. O, son klubu "Bayer"də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb. Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media