"Çelsi"nin yeni kapitanı Ris Ceyms ombasından zədələnib.
Bizim.Media xəbər verir ki, bu barədə "Evening Standard" məlumat yayıb.
O, zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər.
Futbolçunun tibbi müayinəsinin nəticəsinin gözlənildiyi vurğulanıb.
Ceyms Premyer Liqanın 1-ci turunda "Liverpul"la oyunda (1:1) 76 dəqiqə meydanda olub və əvəzlənib.
23 yaşlı ingilis ötən mövsüm "Çelsi"nin heyətində 24 oyuna çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.
Bizim.Media