Səudiyyə Ərəbistanı Futbol Federasiyası UEFA ilə danışıqlara başlayıb. Qurum Çempionlar Liqasına daxil olmaq istəyir.
Bizim.Media xəbər verir ki, çoxsaylı ulduzlarla heyətini gücləndirən ərəb klubları daha yüksək səviyyəli turnirdə oynamaq istəyr.
Bu səbəbdən Avropaya inteqrasiya üçün variantlar üzərində işləyirlər. Pulun gücünə hər şeyin mümkün olacağını düşünən Səudiyyə Ərəbistanı rəsmiləri indi də UEFA rəhbərliyinə müraciət edib.
Ərəblər 2025/26 mövsümündən başlayaraq öz çempionatlarının qalibinin xüsusi imtiyazla yarışa qatılmasında maraqlıdır. Onlar bir vəsiqənin onlara çox görülməyəcəyinə ümid edir.
Rəşad Rafiqoğlu, Bizim.Media