"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə sabah keçirəcəkləri cavab oyunu haqqında fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, o, Bakıya yaxşı nəticə ilə qayıtmaq istədiklərini deyib:
"Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik. Bunun üçün var gücümüzü qoyacağıq. Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Qeyd edək ki, bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Cavab oyunu sabah saat 20:00-da başlayacaq.
Bizim.Media