AFFA-nın baş katibi Sərxan Hacıyev yeni yaradılan İkinci Liqaya “Şahdağ” (Qusar) və “Dinamo” (Bakı) klublarının buraxılmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, qərarda klubların infrastrukturla bağlı vədləri də rol oynayıb:
“Şahdağ” komandası noyabrın sonuna qədər Qusarda yeni stadionun tikintisinin başa çatacağına dair təminat verib. Hələlik ev oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirəcək.
“Dinamo” ilə bağlı isə konkret hansısa stadionun adını çəkə bilmirik. Amma Bakıdakı arenalardan birində oynayacaq”.
Qeyd edək ki, bu gün AFFA İcraiyyə Komitəsinin iclasında 2-ci liqadakı klubların sayı 12-dən 14-ə qaldırılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media