"Sabah" heyətinə yeni oyunçu cəlb edib.
Bizim.Media xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Qol.az-a verdiyi məlumata görə, Nigeriyanın "Dino Sportinq" klubundan Oluvaseun Timilehi 1 illik icarəyə götürülüb.
18 yaşlı nigeriyalı hücumçu "Sabah"ın əvəzedici komandasında çıxış edəcək:
"Oluvasuen bir illik icarəyə götürülüb. 2005-ci il təvəllüdlüdür, gənc və perspektivli hücumçudur. Hələ ki, əvəzedici komandamızda çıxış edəcək. Gələcəkdə əsas komandaya da cəlb olunub-olunmayacağı məsələsinə baxılacaq".
Bizim.Media